“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdamda “Ayrılıqdan keçən yol” sənədli filminin təqdimat mərasimi baş tutub

04/03/2026, 09:55
xeber1

03 mart 2026-cı il tarixdə Ağdam Muğam Mərkəzində Vətən Müharibəsi və 1 günlük lokal xarakterli antiterror əməliyyatı zamanı şəhadətə ucalan Ağdam rayonundan olan hərbiçilərin xatirəsinə həsr olunmuş, ssenari müəllifi və rejissoru Teymur Zahidoğluna məxsus “Ayrılıqdan keçən yol” filminin təqdimat mərasimi baş tutub. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Mərasimdə çıxış edənlər şəhidlərin keçdikləri şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir. Tədbirin sonunda qəhrəman şəhidlərin valideynləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: