“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevin 90 illik yubileyi qeyd edilib

01/05/2026, 17:20
xeber1

01 may 2026-cı il tarixdə Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevin 90 illik yubileyi qeyd edilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə Milli Qəhrəmanın döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Baxşeyiş Paşayevin Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparmasından, xalqımızın azadlığını hər şeydən uca tutmasından, bu yolda həyatını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalmasından bəhs etmişlər. Sonda Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Tədbirdən sonra Milli Qəhrəmanın məzarı ziyarət olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: