“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdamda “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə tədbir keçirilib

22/07/2026, 12:00
xeber1

22 iyul 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində “Milli Mətbuat və Juranlistika Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev,Ağdam rayonu üzrə təhsil sektorunun müdiri Tahir Abbasov, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, idarə, müəssisə, təşkilatların rəhbərləri, media nümayəndələri iştirak etmişlər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və mətbuat nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin 22 iyul 1875-ci il tarixində nəşrə başlamasının ölkəmizdə milli mətbuatın əsasının qoyulması ilə əlamətdar olduğunu bildirərək "Milli Mətbuat və Jurnalistika Günü"nün cəmiyyətimiz üçün əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsindən, Ümummilli liderin mətbuatın problemlərinin həlli ilə bağlı imzaladığı sərəncam və fərmanlardan, cənab Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmasından bəhs etmişlər. Tədbirin sonunda bir qrup media nümayəndəsi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: