“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdamda Milli Qurtuluş günü

14/06/2026, 12:25
xeber1

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub.

Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitə sədrləri və müəssisə rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ölkənin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər.

Tədbirin sonunda şagirdlər tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər, kompozisiyalar və digər bədii nümunələr təqdim edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: