Xəbərlər
Ağdamda narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, Ağdam Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Cəmil Əzimov və Ağdam Rayon Polis Şöbəsinin mayoru Vüqar Hacıyev çıxış ediblər.
Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, narkotik vasitələrin qanunsuz dövriyyəsinin hüquqi nəticələri, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, həmçinin sağlam həyat tərzinin təbliğinin vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin davamlı keçirilməsi, ailə, məktəb və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Tədbirin əsas məqsədi şagirdlərin bu sahədə məlumatlılığını artırmaq və onları sağlam, təhlükəsiz gələcəyə istiqamətləndirmək olub.









