“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdamda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olundu

19/03/2026, 09:21
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yap Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayonu üzrə Təhsil Sektorunun müdiri Tahir Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, şəhid ailə üzvləri, müharibə veteranları, qazilər və oruc tutan digər ittifaq üzvləri də iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İftar süfrəsi ətrafında iştirakçılar müqəddəs Ramazan ayının mənəvi dəyərlərini bölüşərək, birlik, həmrəylik və paylaşma ənənələrinin əhəmiyyətini vurğulayıblar.

Tədbir zamanı din xadimi tərəfindən Qurani-Kərimdən ayələr səsləndirilmiş, dini-ibrətamiz söhbətlər aparılmış, müqəddəs Ramazan ayının insanın mənəvi saflaşmasında və daxili aləminin zənginləşməsində mühüm rolu diqqətə çatdırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: