Xəbərlər
Ağdamda şəhid müəllimlərin şəhadətlərinin ildönümü qeyd olunub
17/10/2026, 13:58

17 oktyabr 2026-cı il tarixində Ağdam rayonunda şəhid müəllimlər Qənbərov Mədət Əzim oğlunun və Vəliyev Vüqar Emin oğlunun şəhadətlərinin ildönümü münasibətilə məzarları ziyarət olunub.
Şəhid müəllim Mədət Qənbərovun Ağdam Şəhidlər xiyabanında, Vüqar Vəliyevin isə Qaradağlı kənd qəbiristanlığında yerləşən məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirələri dərin ehtiramla yad edilib.
Ziyarət zamanı şəhid müəllimlərin Vətən uğrunda göstərdikləri fədakarlıq və təhsil sahəsindəki xidmətləri hörmətlə xatırlanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






