Xəbərlər
Ağdamda təhsil işçiləri üçün maarifləndirici görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən maarifləndirici görüşlərin təşkili davam etdirilir. Növbəti belə görüş Ağcabədi rayonunda fəaliyyət göstərən Ağdam rayon 45 nömrəli tam orta ümumtəhsil məktəbdə təşkil olunub.
Görüşdə məktəbin pedaqoji kollektivi iştirak edib. Tədbirin əsas məqsədi təhsil işçilərinin həmkarlar ittifaqı haqqında məlumatlılığının artırılması, onların hüquq və vəzifələri barədə maarifləndirilməsi, eləcə də sosial müdafiə mexanizmlərinin izah olunması olub.
Çıxış edən komitə sədri həmkarlar ittifaqının fəaliyyət istiqamətləri, üzvlərin əmək, sosial-iqtisadi hüquqlarının qorunması sahəsində görülən işlər, eləcə də üzvlərə göstərilən sosial dəstək tədbirləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, ittifaq üzvlüyünün əhəmiyyəti, kollektiv həmrəyliyin gücü və birgə fəaliyyətin nəticələri diqqətə çatdırılıb.
Görüş zamanı müəllim və digər təhsil işçilərini maraqlandıran suallar dinlənilib, hər bir sual ətraflı şəkildə cavablandırılıb.
Sonda belə görüşlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb, təhsil işçiləri ilə daha sıx əməkdaşlığın qurulmasının vacibliyi qeyd edilib





