“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdamda Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

10/05/2026, 15:21
xeber1

10 may 2026-cı il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Təhsil sektorunun müdiri Tahir Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nüməyəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Ağdam Muğam Mərkəzində baş tutan rəsmi hissədə iştirakçılar Ulu öndərin müxtəlif vaxtlarda Ağdam rayonuna etdiyi səfərlərdən bəhs edən foto və kitab sərgisi ilə tanış olub, daha sonra Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib. Əvvəlcə Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Xalqa həsr olunmuş ömür” adlı filim tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ulu öndərin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olmasından söhbət açmış, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymasından bəhs etmişdir. Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: