Xəbərlər
Ağdamda Ulu Öndərin 103-cü ildönümünə həsr olunmuş mini futbol turniri yekunlaşdı.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təhsil işçiləri arasında mini futbol turniri yüksək səviyyədə təşkil olunaraq uğurla yekunlaşdı.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən bu mötəbər idman tədbirinin əsas məqsədi Ulu Öndərin zəngin irsinin təbliği, təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və qarşılıqlı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi olmuşdur.
Yarış boyu müşahidə olunan sağlam rəqabət və idman ruhu tədbirin əhəmiyyətini daha da artırmışdır.
Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşmişdir:
🥇 Ağdam Rayon Musiqi Kolleci
🥈 Ağdam rayon Quzanlı-1 qəsəbə tam orta ümumtəhsil məktəbi
🥉 Ağdam Rayon üzrə Təhsil sektoru
Qalib komandalar kubok, medal və dəyərli hədiyyələrlə təltif olunmuşdur.
Ağdam Rayon Təhsil sektorunun müdiri Tahir Abbasov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov çıxış edərək turnirin əhəmiyyətini xüsusi vurğulamış, qalib komandaları səmimi-qəlbdən təbrik etmiş, onlara qazandıqları nailiyyətlər münasibətilə mükafat və hədiyyələrini təntənəli şəkildə təqdim etmişlər. Çıxışlarda iştirakçıların nümayiş etdirdiyi yüksək idman ruhu, birlik və həmrəylik xüsusi qeyd olunmuş, bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.









