Xəbərlər
Ağdərə şəhəri 1 nömrəli körpələr evi- uşaq bağçasının ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.
21/10/2026, 15:07

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdərə şəhəri 1 nömrəli körpələr evi- uşaq bağçasında ilk təşkilat sədrinin şəxsi təşəbbüsü ilə çıxması ilə əlaqədar növbədənkənar sədr seçkisi keçirilib.
Seçkidə baxcanın həmkarlar ittifaqı üzvləri iştirak edərək, şəffaf səsvermə yolu ilə öz seçimlərini ediblər. Səsvermə nəticəsinə əsasən, Salmanova Bahar Elman qızı Ağdərə şəhəri 1 nömrəli körpələr evi- uşaq bağçasının ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.
ETİHİ Tərtər Rayon Komitəsinin sədri Niyaməddin Aslanov yeni seçilmiş sədri təbrik edib, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb






