Xəbərlər
Ağstafa rayonu təhsil sektorunda çalışan xanım əməkdaşlar 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu təhsil sektorunda çalışan xanım əməkdaşlar 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi şəkildə təbrik olunmuşdur.Təbrik zamanı qeyd olunmuşdur ki, təhsil sahəsində çalışan qadınlar cəmiyyətimizin inkişafında, gənc nəslin savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasında mühüm rol oynayırlar. Onların məsuliyyətli və fədakar fəaliyyəti ölkəmizdə təhsilin inkişafına, gələcəyimizin etibarlı əllərdə olmasına böyük töhfə verir. Xüsusilə də təhsil sahəsinin idarə olunmasında, təşkilati işlərin həyata keçirilməsində və maarifçilik fəaliyyətində xanım əməkdaşların zəhməti və peşəkarlığı daim yüksək qiymətləndirilir.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi tərəfindən vurğulanmışdır ki, qadınların cəmiyyətimizdə tutduğu mövqe, onların ictimai həyatda fəal iştirakı və təhsilin inkişafına verdiyi töhfə hər zaman yüksək dəyərləndirilir. Təhsil sektorunda çalışan xanımlar öz bilikləri, məsuliyyətləri və zəhmətləri ilə bu sahənin inkişafına layiqli xidmət göstərirlər.Bayram münasibətilə təhsil sektorunun bütün xanım əməkdaşlarına səmimi təbriklər çatdırılmış, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzu olunmuşdur. Qeyd edilmişdir ki, onların zəhməti və fəaliyyəti hər zaman yüksək qiymətləndirilir və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və onların əməyinin dəyərləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Sonda bir daha bütün xanımlar 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edilmiş, onlara xoşbəxtlik, sevinc və həyatlarının bütün sahələrində uğurlar arzulanmışdır.




