“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağstafa şəhər 5 nömrəli körpələr evi–uşaq bağçasında olduq.

24/02/2026, 21:12
xeber1

Ağstafa rayonunun böyük və nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri olan 5 nömrəli körpələr evi–uşaq bağçasında olduq. Səliqəsi, xoşrəftarlı və peşəkar kollektivi ilə seçilən bu bağçada yaradılmış mühit ilk andan yüksək təəssürat yaratdı.

Kollektivin mehriban münasibəti, bacarığı və istedadı bağçanın hər bir guşəsində öz əksini tapmışdı. Müəllimlərin hazırladıqları əl işləri və yaradıcı nümunələr otaqlarda xüsusi zövq və səliqə ilə nümayiş olunurdu. Səfərimiz zamanı müəllimlərin uşaqlarla keçirdiyi oyunlar və maarifləndirici tədbirlər olduqca ürəkaçan təsir bağışladı. Körpələrə göstərilən diqqət və qayğı bizi həqiqətən sevindirdi və qürurlandırdı ki, rayonumuzda belə təhsil ocaqları fəaliyyət göstərir. Görüş zamanı kollektiv həmkarlar təşkilatının fəaliyyətindən məmnunluğunu ifadə etdi, son dövrlərdə görülən işlərin və müsbət dəyişikliklərin yüksək səviyyədə olduğunu vurğuladı. Eyni zamanda ölkəmizdə təhsil sahəsində aparılan islahatlara və təhsil işçilərinə göstərilən diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər.

Həmçinin həmkarlar ittifaqının fəaliyyətində müşahidə olunan müsbət yeniliklərə və fəallığa görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə xüsusi minnətdarlıq ifadə olundu.

Görüş qarşılıqlı məmnunluq və səmimi fikir mübadiləsi şəraitində başa çatdı.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: