Xəbərlər
Ağsu Rayon Komitəsinin təşkilatçılığı ilə Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvlərinə Şəki yatlasına yaddaqalan gəzinti

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən təhsil müəssisələri kollektivlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi və mənəvi istirahətin təmin olunması məqsədilə mütəmadi olaraq tur və ekskursiyalar təşkil edilir.
Bu tədbirlər çərçivəsində Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi üçün Şəki rayonunun füsunkar Şəki yaylasına yaddaqalan səyahət təşkil olunmuşdur. Təbiətin gözəllikləri qoynunda keçirilən bu səfər iştirakçılarda xoş təəssüratlar yaratmış, onların asudə vaxtının mənalı keçirilməsinə və kollektiv münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etmişdir.
İnanırıq ki, belə tədbirlər əməkdaşların iş əhval-ruhiyyəsinin yüksəlməsinə, sağlam istirahətinə və kollektiv birliyinin güclənməsinə mühüm töhfə verir.








