“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağsu Rayon Komitəsinin təşkilatçılığı ilə yüksək bal toplayan məzunlarla görüş keçirildi.

12/09/2026, 12:10
xeber1

Ağsu Rayon İcra Hakimiyyəti və ETİHİ Ağsu Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu rayon üzrə təhsil sektorunun müdiri Ramin Mahmudov, ETİHİ Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybudova, təhsil işçiləri, valideynlər və məzunlar iştirak ediblər.

Görüşdə məzunların qəbul imtahanlarında əldə etdikləri nəticələr qeyd olunub, onların uğurlarında müəllim və valideynlərin rolu vurğulanıb.

Sonda məzunlara Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən pul mükafatları, ETİHİ Ağsu Rayon Komitəsi tərəfindən isə xatirə hədiyyələri təqdim olunub.

Məzunlar göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: