Xəbərlər
Ağsu Rayonu Cəlayir kənd tam orta məktəbinin iki müəlliməsinin 65 yaşı təntənəli surətdə qeyd olundu

Hörmətli Qumru müəllimə və Təranə müəllimə!
Cəlayir kənd tam orta məktəbinin dəyərli pedaqoqları – uzun illər təhsil sahəsində böyük zəhmət və fədakarlıq göstərmiş ibtidai sinif müəllimi Qumru müəllimənin və məktəbin həmkarlar təşkilatının ilk sədri, nümunəvi müəllim Təranə müəllimənin 65 illik yubileyi münasibətilə səmimi təbriklərimizi çatdırırıq.
Hər iki müəllimə ömürlərini müqəddəs müəllimlik peşəsinə həsr edərək neçə-neçə şagirdin savadlı, vətənpərvər və layiqli insan kimi yetişməsində böyük rol oynamışdır.
Onların zəhməti, biliyi, təcrübəsi və insanlığı daim həm şagirdlərin, həm də kollektivin dərin hörmətini qazanmışdır.
Xüsusilə Təranə müəllimənin məktəbdə həmkarlar təşkilatının ilk sədri kimi fəaliyyəti, kollektiv arasında birlik və həmrəyliyin formalaşmasında göstərdiyi xidmətlər hər zaman minnətdarlıqla xatırlanır.









