“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağsu Rayonu Cəlayir kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Şəlalə bala böyük uğuru münasibətilə təbrik olun

04/06/2026, 11:41
xeber1

“Ən yaxşı təqdimat” müsabiqəsində yüksək nəticə göstərərək region üzrə final mərhələyə vəsiqə qazanan Cəlayir kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Şəlalə bala böyük uğuru münasibətilə təbrik olundu.

Şagirdimizin əldə etdiyi bu sevindirici nailiyyət münasibətilə müəllimi, II Vətən müharibəsi iştirakçısı Ülvi müəllim ilə birlikdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin sədri Sevinc xanım və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Sektor müdiri Ramin müəllim tərəfindən görüş keçirildi, xoş arzular çatdırıldı.

Bu uğur həm Şəlalə balanın zəhmətinin, həm də müəlliminin peşəkar əməyinin nəticəsidir. İnanırıq ki, Şəlalə növbəti mərhələlərdə də rayonumuzu layiqincə təmsil edəcək və yeni nailiyyətlər qazanacaq.

Şəlaləni və Ülvi müəllimi ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: