“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağsu rayonu Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə görüş keçirildi.

18/06/2026, 17:59
xeber1

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Mahmudov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağsu rayon komitəsinin sədri Sevinc Beybudova ilə birlikdə Ağsu rayonu Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə görüş keçirildi.

Görüş zamanı 2025–2026-cı tədris ilinin yekunları, 4-cü, 6-cı, 9-cu və 11-ci siniflər üzrə təhsil göstəriciləri, şagird nailiyyətləri, buraxılış nəticələri və qarşıda duran vəzifələr geniş şəkildə təhlil edilərək müzakirə olundu.

Təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirildi, gələcək fəaliyyət üçün mühüm tövsiyələr verildi.

Görüşün sonunda məktəbin uzunillik və fədakar ibtidai sinif müəlliməsi Babayeva Sülhiyyə müəllimənin 65 illik yubileyi münasibətilə səmimi təbrik mərasimi keçirildi. Şərəfli müəllimlik fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər, peşəsinə olan sədaqəti və məktəbin ictimai həyatındakı fəallığı xüsusi vurğulandı.

Sülhiyyə müəlliməyə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulandı. Onun illərlə topladığı zəngin təcrübənin bundan sonra da gənc müəllimlər üçün örnək olacağı qeyd edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: