“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağsu rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransları keçirilib.

28/08/2026, 11:00
xeber1

Ağsu rayonunda keçirilən görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, Ağsu rayonu üzrə təhsil sektorunun müdiri Ramin Mahmudov,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybudova, məktəbdənkənar, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri və digər təhsil işçiləri bir araya gəliblər.

İlk öncə konfransda çıxış edən iştirakçılar yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfranslarda ötən tədris ilinin nəticələri nəzərdən keçirilib, məktəblərin fəaliyyət göstəriciləri və inkişaf etdirilməsi vacib olan istiqamətlər ətrafında müzakirələr aparılıb.

Həmçinin IV–VI siniflər üzrə keçirilmiş monitorinqlərin nəticələri, IX–XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilərək, əldə olunan nəticələrin inkişaf dinamikası və qarşıda duran hədəflər müəyyənləşdirilib.

Yeni tədris ilində təhsil nəticələrinin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, şagirdlərlə məqsədyönlü işin gücləndirilməsi və məktəb idarəetməsinin təkmilləşdirilməsi əsas istiqamətlər kimi diqqətə çatdırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: