Xəbərlər
Ağsu şəhər 3 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Arifə müəllimənin 65 yaşı təntənəli surətdə qeyd olundu

Bu gün uzun illərdir şərəfli müəllimlik peşəsinə öz töhfəsini verən, yüzlərlə şagirdin ilk müəllimi olan dəyərli Arifə müəllimənin 65 illik yubileyidir.
Ağsu şəhər 3 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Arifə müəllimə sakit təbiəti, mehribanlığı və böyük ürəyi ilə hər zaman seçilən, yetişdirdiyi şagirdlərin yaddaşında nur saçan bir müəllim kimi qalır.
Onun zəhməti, səbr və qayğısı gələcək nəsillərin formalaşmasında əvəzsiz rol oynayıb.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından Arifə müəlliməyə möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və daim hörmət dolu bir həyat arzulayırıq.
65 yaşınız mübarək olsun, əziz və dəyərli müəlliməmiz.











