“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağsu şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Bulinqə qarşı mübarizə, sağlam mühitin formalaşdırılması, şagirdlərlə və müəllimlərlə iş” mövzusunda maarifləndirici görüş keçirildi.

29/04/2026, 10:52
xeber1

Bu gün Ağsu şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Bulinqə qarşı mübarizə, sağlam mühitin formalaşdırılması, şagirdlərlə və müəllimlərlə iş” mövzusunda maarifləndirici görüş keçirildi.

Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu sektorunun müdiri Ramin Mahmudov,ETİHİ Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybudova ARPŞ " kiber təhlükəsizlik və cinayətkatlığın araşdırılması üzrə Leytinant Təvəkkül Əmirov , məktəb direktorları, müəllim heyəti və müxtəlif nailiyyətlər əldə etmiş şagirdlər iştirak etdilər.

Tədbirin əsas məqsədi məktəbdaxili münasibətlərin sağlam əsaslar üzərində qurulması, şagirdlərin psixoloji rifahının qorunması və bulinq hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi idi.

Çıxış edənlər tərəfindən vurğulandı ki, sağlam məktəb mühiti yalnız müəllim və rəhbərliyin deyil, eyni zamanda valideynlərin və şagirdlərin birgə səyi nəticəsində formalaşır.

Şagirdlərlə düzgün ünsiyyətin qurulması, onların sosial bacarıqlarının inkişaf etdirilməsi və qarşılıqlı hörmət prinsiplərinin aşılanması bu istiqamətdə mühüm rol oynayır.

Görüşün sonunda DŞRT Ağsu sektorunun müdiri Ramin Mahmudov tərəfindən təhsildə uğur qazanmış şagirdlərin valideynlərinə təşəkkürnamələr təqdim olundu.

Bu təşəbbüs valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi və şagirdlərin motivasiyasının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Belə maarifləndirici tədbirlərin keçirilməsi gələcəyimizin təminatçıları olan gənclərin sağlam, təhlükəsiz və dəstəkləyici mühitdə yetişməsinə böyük töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: