Xəbərlər
Ağsuda 2 fevral ;"Gənclər günü "tədbiri keçirildi

2Fevral –Ağsu Təhsil Sektorunun binasında Gənclər Günü münasibətilə təşkil olunan tədbir yüksək əhval-ruhiyyə və fəallıq şəraitində baş tutdu.
Tədbirdə gənclərin cəmiyyətin inkişafındakı rolu, onların nailiyyətləri və gələcək perspektivləri barədə geniş müzakirələr aparıldı.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Sektorunun müdiri Ramin Mahmudov çıxış edərək ,gənclərin ölkəmizin ictimai, mədəni və sosial həyatında fəal iştirakını xüsusi vurğulayaraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbir maraqlı müzakirələr, təqdimatlar və xoş anlarla yadda qaldı
Gənclərimizə daim uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq!
Ağsu rayonunda fəaliyyət göstərən gənc təhsil işçilərini ürəkdən təbrik edirik!
Hər birinizə sağlamlıq, işlərinizdə uğurlar, pedaqoji fəaliyyətinizdə səbr, yaradıcılıq və davamlı nailiyyətlər arzulayırıq. Yolunuz daim açıq, uğurlarınız bol olsun!
Sonda tədbir iştirakçılarına ETİHİ Ağsu Rayon Komitəsi tərəfindən gənc müəllimlərə hədiyyə təqdim olundu. Bu xoş təşəbbüs gənclər tərəfindən böyük məmnuniyyətlə qarşılandı






















