Xəbərlər
Ağsuda 8 Mart Qadınlar Günü münasibətilə tədbirlər silsilə şəkildə davam edir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlərimiz davam edir.
Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən Çaparlı, Qiyaslı, Dilman və Kalva məktəblərində çalışan texniki işçilərlə görüş keçirildi. Görüş zamanı onların təhsil müəssisələrində gördükləri zəhmətkeş və məsuliyyətli iş xüsusi vurğulandı, əməyinə dəyər verildiyi bildirildi.
Səmimi görüş zamanı xanım əməkdaşlar 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik olundu, onlara xoş arzular çatdırıldı və ETİHİ Ağsu Rayon Komitəsi tərəfindən bayram hədiyyələri təqdim edildi.
Təhsil müəssisələrində böyük zəhmətlə çalışan bütün xanımlara möhkəm can sağlığı, xoşbəxtlik və işlərində uğurlar arzulayırıq.























