Xəbərlər
AĞSUDA 8 MART QADINLAR GÜNÜ TƏDBİRİ SİLSİLƏLİ ŞƏKİLDƏ DAVAM EDİR

8Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlərimiz çərçivəsində bu gün Qiyaslı, Dilman və Kalva kənd məktəblərinin müəllim kollektivi ilə də görüş keçirildi.
Görüş zamanı müəllimlərin təhsilin inkişafında göstərdikləri fədakar əməyin əhəmiyyəti vurğulandı, onların gələcək nəsillərin formalaşmasında oynadıqları mühüm rol xüsusi qeyd olundu.
Səmimi şəraitdə keçən görüşdə müəllimlər bayram münasibətilə təbrik olundu, onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı.
ETİHİ Ağsu Rayon Komitəsi tərəfindən müəllimlərə bayram hədiyyələri təqdim edildi.
Bir daha bütün xanım müəllimlərimizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, ailə səadəti və pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq.



























