Xəbərlər
Ağsuda Aprel döyüşçüsü Şəhidi Toğrul Fərəczadənin əziz xatirəsi ehtiramla yad edildi.

Bugün aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Toğrul Fərəczadənin əziz xatirəsi dərin ehtiramla yad edildi
Şəhidimizin anım gününün 10-cu ildönümü münasibətilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil sektoru və ETİHİ Ağsu Rayon Komitəsi iştirak etdilər.
Tədbir zamanı şəhidimizin şərəfli həyat yolu və Vətən uğrunda göstərdiyi igidlik nümunələri bir daha xatırlandı, onun əziz xatirəsi böyük hörmət və minnətdarlıqla yad edildi.
ETİHİ Ağsu Rayon Komitəsi tərəfindən şəhidimizin ailəsinə ehtiram əlaməti olaraq simvolik silah tablosu təqdim olundu.
Bu, qəhrəman şəhidimizin döyüş ruhunun və Vətənə olan sonsuz sevgisinin bir rəmzi kimi dəyərləndirildi.













