Xəbərlər
Ağsuda Çaparlı kəndində şəhid İkram Rüstəmovun adına olan abidənin açlışı oldu.
06/04/2026, 10:01

Bu gün Çaparlı məktəbində Şəhid İkram Rüstəmovun əziz xatirəsinə ucaldılmış abidənin açılışı baş tutdu.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd icra nümayəndəliyi, Yap,Təhsil sektoru,ETİHİ,şəhidin ailə üzvləri və ictimai xadimlər iştirak etdilər.
Çıxışlarda şəhidimizin Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan bəhs olundu, onun əziz xatirəsinin daim yaşayacağı vurğulandı.
Qeyd olundu ki, bu cür abidələr gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!







