“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağsuda ilk təşkilatlarla görüş keçirildi.

20/04/2026, 10:39
xeber1

İlk təşkilatların sədrləri ilə növbəti görüş keçirildi. Görüş 28 aprel – Əməyin Mühafizəsi Gününə həsr olunmuşdur.

Tədbirdə əməyin mühafizəsinin əhəmiyyəti, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işçilərin hüquq və vəzifələri barədə geniş müzakirələr aparıldı. Qeyd olundu ki, hər bir iş yerində təhlükəsizlik qaydalarına riayət olunması həm əmək məhsuldarlığının artırılmasına, həm də işçilərin sağlamlığının qorunmasına xidmət edir.

Eyni zamanda iştirakçılara həmkarlar ittifaqının təqdim etdiyi imkanlar, üzvlük və sosial təminatlar haqqında ətraflı məlumat verildi. Bildirildi ki, həmkarlar ittifaqına üzv olmaq və xidmətlərdən yararlanmaq üçün AHİK-in rəsmi saytı vasitəsilə onlayn şəkildə qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat prosesi sadədir və hər bir işçi öz məlumatlarını daxil etməklə rahat şəkildə istər müalicə istərsədə istirahətə yollayış əldə edə bilər.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırıldı, təklif və tövsiyələr dinlənildi. Sonda əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı.

Əməyin mühafizəsi hər birimizin təhlükəsiz gələcəyinin təminatıdır

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: