Xəbərlər
Ağsuda ittifaq üzvləri arasında Ümumlider Ulu Öndərin 103 illiyi münasibətilə Şahmat yarışı təşkil olundu.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu rayon komitəsi və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev-in anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Tədbirin əsas məqsədi ulu öndərin əziz xatirəsini yad etmək, gənclər arasında şahmat oyununa marağı artırmaq və onların intellektual inkişafına töhfə vermək olmuşdur.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin nəticələrinə əsasən:
I yer – Ağsu şəhər P.Mirzəyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Əbülfəz Qasımov Fədai oğlu
II yer – Ağsu rayonu B.Nəsirov adına Dilman kənd tam orta ümumtəhsil məktəbinin Qəribov Musa Ağamirzə oğlu
III yer – Ağsu rayonu M.Musayev adına İlxıçı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Əliyev Davud Əli oğlu
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edir, iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq.




















