Xəbərlər
Ağsuda İlxıçı kənd tam orta məktəbin direktoru təntənəli surətdə yola salındı

Bu gün Ağsu rayonu İlxıçı kəndi ərazisində fəaliyyət göstərən İlxıçı kənd tam orta məktəbinin direktoru Allahyar müəllimi 65 illik yubileyi münasibətilə təntənəli surətdə kollektiv adından yola saldıq.
TədbirdəDağlıq Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu Rayon sektor müdiri Ramin müəllim, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin sədri Sevinc xanım iştirak edərək Allahyar müəllimin təhsil sahəsindəki uzunillik səmərəli fəaliyyətini yüksək qiymətləndirdilər, ona gələcək həyatında möhkəm can sağlığı, uzun ömür və xoş günlər arzuladılar.
Allahyar müəllim uzun illər məktəbin inkişafında, şagirdlərin təlim-tərbiyəsində və pedaqoji kollektivin formalaşmasında böyük zəhmət və fədakarlıq göstərmişdir.
Eyni zamanda bildiririk ki, məktəbin idarə olunması müvəqqəti olaraq Dürdanə müəlliməyə həvalə edilmişdir. Dürdanə müəlliməyə yeni vəzifəsində uğurlar arzulayır, təhsil ocağımızın inkişafı naminə fəaliyyətində müvəffəqiyyətlər diləyirik.





