“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AĞSUDA MƏRHUM NİYAZ MÜƏLLİMİN QƏBRİ VƏ AİLƏSİ ZİYARƏT EDİLDİ.

15/03/2026, 11:08
xeber1

Bu gün mərhum Niyaz müəllimin əziz xatirəsini yad etmək üçün Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu Rayon Sektorunun müdiri Ramin Mahmudov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybudova və Padar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi ilə birlikdə məzarını ziyarət etdik.

Ziyarət zamanı Niyaz müəllimin məzarı üzərinə əklil qoyuldu, onun əziz xatirəsi böyük ehtiramla yad edildi və ruhuna dualar oxundu.

Uzun illər təhsil sahəsində çalışan Niyaz müəllim öz zəhməti, biliyi və insanlığı ilə həmkarlarının və şagirdlərinin yaddaşında silinməz iz qoymuş, dəyərli müəllimlərimizdən biri olmuşdur.

Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin, ruhu şad olsun.

ETİHİ Ağsu Rayon Komitəsi !

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: