Xəbərlər
AĞSUDA PADAR KƏND TAM ORTA MƏKTƏBİN MÜƏLLİMİ NİYAZ MÜƏLLİM VƏFAT ETMİŞDİR.

Dərin hüznlə bildiririk ki, Ağsu rayon Padar kənd tam orta ümumtəhsil məktəbinin dəyərli müəllimi Niyaz müəllim vəfat etmişdir.
Niyaz müəllim uzun illər təhsil sahəsində çalışaraq şagirdlərin savadlı və vətənpərvər ruhda yetişməsinə böyük töhfələr vermiş, həmkarları və şagirdləri arasında daim hörmət və nüfuz qazanmışdır. Onun zəhməti, səmimiyyəti və müəllimlik missiyasına sədaqəti hər zaman xoş xatirələrlə yad ediləcək.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsı̇ olaraq mərhum Niyaz müəllimə Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına, həmkarlarına və bütün təhsil ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.



