“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağsuda şəhid bacısının kitab təqdimatı keçirilib

10/01/2026, 14:22
xeber1

Bu gün Dağlıq Şirvan Regional Ağsu Rayon Təhsil Sektorunda mənəvi dəyəri və ictimai əhəmiyyəti ilə seçilən mühüm bir tədbir keçirilmişdir.Dilman kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri, şəhid bacısı Ülviyyə Qaniyevanın müəllifi olduğu “Şəhidlərin əziz xatirəsinə” adlı kitabın təqdimat mərasimi baş tutmuşdur.

Təqdimat mərasimi şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiram ruhunda keçirilmiş, onların Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıq nümunələri bir daha hörmət və qürur hissi ilə yad edilmişdir. Kitabda şəhidlərimizin keçdiyi şərəfli həyat yolu, Vətən sevgisi, fədakarlığı və ailələrinin yaşadığı mənəvi dəyərlər yüksək duyğularla əks olunmuşdur.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi olaraq biz də bu əlamətdar tədbirdə iştirak etdik. Rayon komitəsi adından şəhid bacısı, ziyalı və vətənpərvər müəllif Ülviyyə Qaniyevaya dərin hörmət və ehtiramımızı ifadə etdik, ona gül buketi və qiymətli hədiyyə təqdim olundu.

Ülviyyə xanımın bu kitabı yalnız bir nəşr deyil, eyni zamanda gələcək nəsillər üçün vətənpərvərlik dərsi, şəhidlərimizin əziz xatirəsinə ucaldılmış mənəvi bir abidədir. Şəhid bacısı kimi onun qələmindən süzülən hər bir sətir səmimiyyət, ağrı, qürur və Vətən sevgisi ilə yoğrulmuşdur.

Bu cür tədbirlər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin yaşadılmasında mühüm rol oynayır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi olaraq şəhid ailələrinə, onların mənəvi irsinin təbliğinə və bu kimi dəyərli təşəbbüslərə daim dəstək olmağı özümüzə borc bilirik.

Bir daha Ülviyyə Qaniyevanı bu dəyərli və mənalı kitab münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Şəhidlərimizin ruhu şad olsun, xatirələri daim qəlbimizdə yaşasın.

Şəhidlər ölməz, Vətən bölünməz!

Sosial şəbəkələrdə paylaş: