Xəbərlər
Ağsuda Şəhid Mikayılov Samid Mikayıl oğlunun "Anım günü" qeyd olundu.
06/04/2026, 12:00

06.04.2026- cı il tarixində Rəhimli kəndində doğulmuş qəhrəmanımız, Şəhid Mikayılov Samidin anım günü qeyd olundu.
Tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, YAP, Təhsil sektoru və ETİHİ Ağsu Rayon Komitəsinin sədri,şəhid ailələri,müharibə iştirakçıları,şəhidin ailə üzvləri və kənd sakinləri iştirak etdilər.
Tədbir Şəhidin təhsil aldığı məktəbdə başladı və əziz xatirəsi yad edildi. Daha sonra onun məzarı ziyarət olundu, ruhuna dualar oxundu.
Daha sonra Şəhidimizin adına inşa olunmuş bulağın açılışı baş tutdu. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi olaraq bulağın önünə əkil qoyuldu.










