“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağsuda silsilə şəkildə 8 Mart tədbiri keçirildi

05/03/2026, 12:52
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir sıra təhsil müəssisələrində çalışan xanım müəllim və texniki işçilərlə görüşlər keçirildi. Bu münasibətlə Xanbulaq məktəb-bağçasında, Gəgəli kənd tam orta məktəbində, Gəgəli kənd ümumi orta məktəbində , Padarqışlaq kənd tam orta ümumtəhsil məktəblər ində çalışan xanımlarla səmimi görüşlər təşkil olundu.

Görüşlər zamanı təhsil müəssisələrində çalışan xanım müəllimlərin təhsilimizin inkişafındakı əvəzsiz rolu, gənc nəslin yetişdirilməsində göstərdikləri zəhmət və fədakarlıq xüsusi qeyd edildi. Bildirildi ki, qadın müəllimlər yalnız bilik verən deyil, həm də gələcəyin vətənpərvər, savadlı və layiqli vətəndaşlarını yetişdirən böyük bir missiyanı yerinə yetirirlər.

ETİHİ Ağsu Rayon Komitəsi tərəfindən həmin məktəblərdə çalışan müəllimlərə bayram münasibətilə hədiyyələr təqdim olundu. Bu təşəbbüs kollektiv üzvləri tərəfindən böyük məmnunluq və təşəkkür hissi ilə qarşılandı.

Sonda hədiyyə alan həmkarlar ittifaqı üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinə öz dərin minnətdarlıqlarını bildirdilər.

ETİHİ Ağsu Rayon Komitəsi olaraq bütün xanımları bir daha 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.



Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: