Xəbərlər
Ağsuda silsiləli şəkildə 8Mart tədbiri keçirildi

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən təhsil müəssisələrində çalışan qadın texniki işçilərlə görüşlər keçirildi.
Bu münasibətlə Xanbulaq məktəb-bağçası, Gəgəli tam orta, Gəgəli ümumi orta, Padarqışlaq tam orta ,Daşdəmirbəyli tam orta,Ləngəbiz tam orta,Keçdiməz tam orta ,Qəşəd kənd tam orta ümtəhsil məktəblərində çalışan qadın texniki işçilərlə görüş təşkil olundu. Görüş zamanı onların təhsil müəssisələrinin fəaliyyətində göstərdikləri zəhmət və fədakarlıqları xüsusi qeyd olundu, səmimi söhbətlər aparıldı və bayram münasibətilə təbriklər çatdırıldı.
Elm və Təhsi İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi adından bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik və işlərində uğurlar arzulayırıq.
8Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə göstərilən diqqət və qayğıya görə hədiyyə alan həmkarlar ittifaqı üzvləri adından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) dərin təşəkkürümüzü bildiririk.
Bu cür diqqət və dəstək həmkarlar ittifaqlarının üzvlərinə verilən dəyərin bariz nümunəsidir. Göstərilən qayğıya görə minnətdarlığımızı ifadə edir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyinə və kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
























