Xəbərlər
AĞSUDA İTTİFAQ ÜZVLƏRİNİN ÖVLADLARINA NOVRUZ BAĞLAMASI PAYLANILDI.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təhsil işçilərinin övladları üçün Novruz bayramı münasibətilə hazırlanmış bayram sovqatları şəhərin bir sıra təhsil müəssisələrində paylanılmışdır.
Belə ki, Şəhər 1 saylı məktəb-lisey, 2 nömrəli məktəb, 3 saylı məktəb, 4 saylı məktəb və 5 saylı məktəbdə çalışan təhsil işçilərinin övladlarına "Novruz bağlamaları" təqdim olunmuşdur.
Bu təşəbbüs uşaqların bayram sevincini artırmaqla yanaşı, təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bayram sovqatı alan ailələr Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, bu cür aksiyaların davamlı olmasını arzulayıblar.
Novruz bayramınız mübarək!





























