Xəbərlər
Ağsuda Ulu Öndərə həsr Olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində Şagirdimiz uğur qazandı
08/05/2026, 11:13

Ağsu rayon 2 nömrəli məktəbin şagirdi Ulu Öndərə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində uğurla çıxış edərək III yerə layiq görülmüşdür. Bu nailiyyət bizim rayonun tarixində ilk dəfə əldə olunan böyük uğurlardan biridir.
Şagirdimizin əldə etdiyi bu nəticə onun zəhmətinin, məsuliyyətinin və vətənpərvər ruhda yetişməsinin bariz nümunəsidir.
Bu uğurda əməyi olan, şagirdini daim dəstəkləyən Ağsu rayon 2 nömrəli məktəbin müəlliməsi Əsgərova Kəmalə müəlliməyə də xüsusi təşəkkür və minnətdarlığımızı bildiririk.
İnanırıq ki, bu uğur gələcək nailiyyətlərin başlanğıcı olacaq və digər şagirdlərimizə də motivasiya verəcəkdir.





