Xəbərlər
Ağsuda yaş həddinə çatmış texniki işçilərlə görüş keçirildi
27/02/2026, 11:43

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi 2025–2026-cı il tədris ilində təhsil sahəsində 65 yaşı tamam olan texniki işçilərlə görüş keçirdi.
Görüş zamanı uzun illər təhsil müəssisələrində çalışan və zəhməti ilə kollektivin formalaşmasına töhfə verən texniki işçilərə təşəkkür bildirildi. Onların məsuliyyətli əməyi, səliqə-sahman və nizam-intizamın qorunmasındakı rolu xüsusi vurğulandı.
Əmək fəaliyyəti dövründə göstərdikləri sədaqət və fədakarlığa görə minnətdarlıq ifadə olundu, gələcək həyatlarında möhkəm can sağlığı, xoş günlər və ailə səadəti arzulanıb.
Onların zəhməti hər zaman hörmətlə xatırlanacaqdır.











