Xəbərlər
AHİK+ layihəsi çərçivəsində maarifləndirmə görüşləri davam edir
18/11/2026, 16:46

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə AHİK+ layihəsi çərçivəsində maarifləndirmə görüşləri davam etdirilir.
Bu dəfə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Afaq Ramaldanova və ETİHİ Qaradağ Rayon Komitəsinin sədri Salman Salmanovun iştirakı ilə Qaradağ rayonunun 233 və 106 nömrəli tam orta məktəblərində təhsil işçiləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı AHİK+ platformasının imkanları, təqdim olunan güzəşt və endirimlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qeydiyyat prosesinə praktiki dəstək göstərilib.














