“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AHİK+ layihəsi çərçivəsində maarifləndirmə görüşlərinə start verildi.

17/11/2026, 14:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə AHİK+ mobil tətbiqinin imkanları və üstünlüklərinin ittifaq üzvlərinə çatdırılması məqsədilə maarifləndirici görüş "Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" və 139 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Müslüm İsmayılov və Qaradağ Rayon Komitəsinin sədri Salman Salmanov iştirak ediblər. Görüş zamanı layihənin məqsədi, tətbiqin istifadə qaydaları, eləcə də ittifaq üzvlərinə təqdim olunan güzəşt və endirimlər barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb və qeydiyyat prosesinə praktiki dəstək göstərilib. Əsas məqsədimiz hər bir ittifaq üzvünün AHİK+ layihəsinin yaratdığı imkanlardan xəbərdar olması və bu üstünlüklərdən faydalanmasıdır.


Maarifləndirici görüşlərimiz digər təhsil müəssisələrində də davam etdiriləcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: