“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AHİK+ layihəsinə həsr olunmuş praktik məlumatlandırma görüşü keçirilib

21/10/2026, 14:28
xeber1

Bu gün N. Tağıyev adına 212 nömrəli tam orta məktəbdə ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə AHİK+ layihəsinə həsr olunmuş praktik məlumatlandırma görüşü keçirilib. Görüş zamanı həmkarlar ittifaqı üzvlərinə tətbiqin imkanları, istifadə qaydaları və qeydiyyat prosesi barədə ətraflı məlumat verilib. Tətbiqin mobil telefona yüklənməsi və qeydiyyat mərhələləri addım-addım izah olunub, proses əyani şəkildə nümayiş etdirilib və iştirakçılara yerində praktiki dəstək göstərilib.

Məqsədimiz yalnız tətbiqin yüklənməsi deyil, onun imkanlarından real və səmərəli istifadənin təmin olunmasıdır. Bu baxımdan, görüşün nəticələri ilə yanaşı, qeydiyyat prosesinin sonadək izlənilməsi və üzvlərə texniki dəstəyin davam etdirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, AHİK+ həmkarlar ittifaqı üzvləri üçün rəqəmsal imkanlardan daha əlçatan istifadə istiqamətində mühüm addımdır. AHİK+ platforması həmkarlar ittifaqı üzvlərinə müxtəlif xidmət sahələri üzrə təqdim olunan güzəşt və endirim kampaniyalarından yararlanmaq imkanı yaradır.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: