Xəbərlər
AHİK+ mobil tətbiqinin imkanları və istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib.
30/10/2026, 11:29

243 nömrəli tam orta məktəbdə AHİK+ mobil tətbiqinin imkanları və istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib.
Görüş zamanı iştirakçılara tətbiqin məqsədi, mobil telefona yüklənməsi, qeydiyyat prosesi və təqdim etdiyi xidmətlər barədə ətraflı məlumat verilib. Tətbiqin həmkarlar ittifaqı üzvləri üçün yaratdığı imkanlar izah olunub, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edilib ki, AHİK+ tətbiqi üzvlərə göstərilən xidmətlərin əlçatanlığının artırılması və rəqəmsal imkanlardan daha səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır.





