“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"AHİK+" platforması ilə əlaqədar olaraq maarifləndirmə tədbirləri davam edir

17/11/2026, 16:28
xeber1

AHİK+ üzvlərimiz üçün yeni imkanlar, real üstünlüklər!

Bu gün Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə AHİK+ layihəsi ilə bağlı ittifaq üzvlərimiz üçün maarifləndirici görüş keçirdik. Görüşdə ETİHİ Respublika Komitəsinin əməkdaşı Sevinc Əliyeva və ETİHİ Nərimanov Rayon Komitəsinin sədri iştirak etdilər.

Layihənin məqsədi, mobil tətbiqin istifadəsi və ittifaq üzvlərinə təqdim olunan güzəştlər barədə ətraflı məlumatı Rayon Komitəsinin əməkdaşı Lalə Həsənova çatdırdı. Lalə xanımın layihənin imkanlarını əhatəli şəkildə izah etməsi və iştirakçıların suallarını cavablandırması maarifləndirmə prosesini daha canlı etdi.. Məlumatlandırmadan sonra suallar cavablandırıldı, bir sıra ittifaq üzvlərimiz isə elə görüş zamanı tətbiqi mobil telefonlarına yükləyərək onun imkanları ilə tanış oldular.

Görüşün ən maraqlı məqamlarından biri məktəbin direktoru Nihal xanımın tətbiqi yerindəcə yükləməsi və həmkarlarını da bu imkandan yararlanmağa təşviq etməsi oldu. Onun 20-dən çox tərəfdaşın təqdim etdiyi endirim və güzəştlərdən yararlanmağın nə qədər asan olduğunu öz nümunəsində göstərməsi əslində ən yaxşı praktiki izah, canlı bir keys idi..Çünki bəzən ən təsirli maarifləndirmə uzun izahlardan deyil, real nümunədən başlayır!

Əsas məqsədimiz hər bir ittifaq üzvümüzün AHİK+ layihəsinin yaratdığı imkanlardan xəbərdar olması və bu üstünlüklərdən faydalanmasıdır.

Qeyd edək ki, maarifləndirici görüşlərimiz digər ittifaq üzvlərimizlə də davam edəcək..

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: