Xəbərlər
AHİK+ platforması təhsil işçilərinə təqdim olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin Bakı şəhəri üzrə rayon komitələrində AHİK+ platformasının təqdimatı keçirilib.
Təqdimatlarda ETİHİ Respublika Komitəsinin məsul şəxsləri, rayon komitələrinin sədrləri və ilk həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşlərdə platformanın yaradılma məqsədi, fəaliyyət istiqamətləri və həmkarlar ittifaqı üzvlərinə təqdim etdiyi güzəşt və imtiyazlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, AHİK+ üzvlərin sosial rifahının yaxşılaşdırılmasına, müxtəlif xidmətlərdən güzəştli şərtlərlə istifadəsinə və sosial dəstək imkanlarının genişləndirilməsinə xidmət edir.
Təqdimatlar zamanı platformada qeydiyyat və istifadə qaydaları əyani şəkildə izah olunub, iştirakçıların sualları cavablandırılıb və mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
AHİK+ platformasının təqdimatının digər rayonlarda da keçirilməsi davam edir.
















