“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AHİK+ platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüş keçirilib

22/10/2026, 14:48
xeber1

Bu gün N. Nərimanov adına 45 nömrəli tam orta məktəbdə ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə AHİK+ platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüş keçirilib.

Görüşün əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin platformanın üstünlükləri ilə tanış edilməsi və təqdim olunan imkanlardan gündəlik həyatda istifadəsinin asanlaşdırılması olub. İştirakçılara tətbiqin funksiyaları nümayiş etdirilib, qeydiyyat qaydaları izah olunub və telefonlara yüklənməsindən başlayaraq ilkin istifadə mərhələsinədək praktiki kömək göstərilib.

Rəqəmsal platformaların səmərəliliyi yalnız onların mövcudluğu ilə deyil, istifadəçilərin bu imkanlardan nə dərəcədə yararlana bilməsi ilə ölçülür. Məhz buna görə də üzvlərin suallarının yerində cavablandırılması, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və qeydiyyat prosesinin tamamlanmasına dəstək göstərilməsi görüşün əsas istiqamətlərindən olub.

AHİK+ həmkarlar ittifaqı üzvlərinə müxtəlif xidmət sahələrində güzəşt və endirimlərdən yararlanmaq üçün əlavə imkanlar təqdim edir. Platformanın daha geniş tanıdılması və istifadəsinin təşviqi üzvlərin ittifaq xidmətlərinə əlçatanlığının artırılmasına xidmət edir.

Üzvlərimiz üçün yaradılan imkanların real faydaya çevrilməsi bizim üçün əsas prioritetdir!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: