“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“AHİK Plus” layihəsi çərçivəsində AƏSMA-da infosessiya keçirilib

22/01/2026, 11:10
xeber1


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni istifadəyə verdiyi “AHİK Plus” layihəsi çərçivəsində Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) maarifləndirmə məqsədilə infosessiya təşkil olunub.

Tədbirdə AHİK-in, onun üzv və tabe təşkilatlarının nümayəndələri, Akademiyanın kollektivi iştirak edib.

İnfosessiya zamanı “AHİK Plus” layihəsinin mahiyyəti, məqsədi, tətbiqi mexanizmləri və üzvlərə təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. Layihənin həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yüksəldilməsinə, onlara əlavə üstünlüklərin yaradılmasına xidmət etdiyi vurğulanıb.

Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.

Qeyd edək ki, “AHİK Plus” layihəsi çərçivəsində həmkarlar ittifaqları üzvləri müxtəlif xidmət və məhsullar üzrə bonuslar, endirimlər və xüsusi güzəştlərdən yararlanmaq imkanı əldə edirlər.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: