Xəbərlər
AHİK+ tətbiqi ilə bağlı məlumatlandırma görüşü keçirildi
17/11/2026, 15:10

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə Masazır qəsəbə 30 nömrəli uşaq bağçasında AHİK+ mobil tətbiqi ilə bağlı məlumatlandırma görüşü keçirildi.
Görüş zamanı həmkarlar ittifaqı üzvlərinə tətbiqin funksiyaları, qeydiyyat qaydaları və istifadə imkanları barədə ətraflı məlumat verildi. Platformanın üzvlər üçün yaratdığı üstünlüklər diqqətə çatdırıldı, tətbiqdən istifadə qaydaları izah olundu.
Sonda iştirakçıların sualları cavablandırıldı və AHİK+ tətbiqinin imkanlarından daha geniş istifadə olunmasının vacibliyi vurğulandı.






