“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri, Mərkəzin ekspert qrupunun üzvləri, sosial tərəfdaşlar və Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələrinin iştirakı ilə 22 iyul 2026-cı il tarixində görüş keçirilib.

26/07/2026, 09:27
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri, Mərkəzin ekspert qrupunun üzvləri, sosial tərəfdaşlar və Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələrinin iştirakı ilə 22 iyul 2026-cı il tarixində görüş keçirilib.

Mərkəzin direktoru Lətifə Əliyeva giriş sözü ilə çıxış edərək mətbuatın cəmiyyətlə dövlət qurumları arasında informasiya körpüsü rolu oynadığını qeyd edib. O, bildirib ki, ailə, qadın və uşaq məsələləri sahəsində həyata keçirilən layihələrin, maarifləndirici tədbirlərin, xidmətlərin, ailələrə göstərilən dəstəyin geniş ictimaiyyətə çatdırılmasında medianın xüsusi çəkisi vardır. O, çıxışında ekspert qrupunun üzvləri, sosial tərəfdaşlar və uşaq səfirləri ilə birgə həyata keçirilən tədbirlər, layihələr, sosial aksiyalar və digər təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, bütün tərəfdaşlara göstərdikləri dəstəyə görə dərin təşəkkürünü bildirib və gələcəkdə bu əməkdaşlığın daha da geniş şəkildə davam etdirilməsini arzulayıb.

Tədbirdə çıxış edənlər kütləvi informasiya vasitələrinin ailə dəyərlərinin təbliği, sağlam həyat tərzinin təşviqi, uşaqların hüquqlarının müdafiəsi, erkən evlilik, məişət zorakılığı və digər sosial mövzular üzrə maarifləndirmə işlərinin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verdiyini vurğulayıblar.

Tədbir zamanı sosial pedaqoq Rəsul Rəhimli tərəfindən Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub. Təqdimatda ailələrlə aparılan işlər, maarifləndirici tədbirlər, psixoloji və sosial xidmətlər, mediativ fəaliyyət, layihələr və əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb.

Çıxış edən ETİHİ Rayon Komitəsinin sədri mətbuat işçilərinin rayon komitəsi ilə sıx əməkdaşlıq şəraitində işlədiyini , təhsil sahəsində keçirilən bütün mədəni kütləvi tədbirləri mətbuatda işıqlandırılmasına geniş şərait yaradıldığını bildirdi. 

Sonda tədbir iştirakçılarına Mərkəzlə səmərəli əməkdaşlıqlarına görə təşəkkürnamə və hədiyyələr, həmçinin bir qrup mətbuat işçilərinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin təşəkkürnaməsi və qiymətli hədiyyələri təqdim olunmuşdur. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: