Xəbərlər
Alaşa kənd məktəbinin sabiq direktoru Vaqif Ağayev yubileyi münasibətilə tədbir keçirildi

Astara rayonu Rüstəm Şahbazov adına Alaşa kənd ümumi orta ümumtəhsil məktəbinin sabiq direktoru Ağayev Vaqif Şirzad oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov çıxış edərək Vaqif müəllimin uzunillik səmərəli pedaqoji fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna sadiq vətəndaşlar kimi yetişdirilməsində göstərdiyi dəyərli xidmətlərdən bəhs etmişlər.
Çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoş günlər və bundan sonrakı həyatında uğurlar arzulamışlar.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Ağayev Vaqif Şirzad oğluna təhsil sahəsindəki səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.
Vaqif müəllimi əlamətdar yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayırıq!





