“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Alaşa kənd ümumi orta ümumtəhsil məktəbində yubiley tədbiri keçirildi

29/10/2026, 16:48
xeber1

Astara rayonu Rüstəm Şahbazov adına Alaşa kənd ümumi orta ümumtəhsil məktəbinin Uşaqlar birliyi rəhbəri Əhmədova Sevil Kitabulla qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Sevil xanımın uzunillik səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində, onların milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna uyğun yetişdirilməsində göstərdiyi xidmətlər vurğulanıb. Yubilyar səmimi təbrik edilib, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Sevil Əhmədovaya təhsil sahəsindəki səmərəli fəaliyyətinə və 65 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim olunub.

Sosial şəbəkələrdə paylaş: